Dal Monte Toti
Dal Monte Toti ing. Antonietta Meneghel;27 iyun 1893[…] – 26 yanvar 1975[…] — italyan müğənnisi,(soprano), dramatik aktrisa
== Həyatı ==
Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub.
=== Vəfatı ===
26 yanvar 1975-ci ildə Trevizo əyalətinin Pyeve-di-Soliqo şəhərində vəfat edib.
== Fəaliyyəti ==
=== Səhnə fəaliyyəti ===
Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. Venesiyada B.Markizodan dərs alıb. Debütü 1916-cı ildə "La-Skala" (Milan) teatrında Byankafyore (R.Dzandonai, "Françeska da Rimini") metso-soprano partiyasında olmuşdur. 1917-ci ildən soprano partiyalarında çıxış etmişdir. İtaliyanın ("La Skala", 1922–32) və dünyanın aparıcı teatrlarının ("Kolon", Buenos-Ayres, 1923; Paris operası,1924–25-ci il; "Koventi-Qarden", London,1925) səhnələrində çıxış etmiş,öz dövrünün ən yaxşı lirik soprano müğənnisi kimi tanınmışdır. C.Rossini, V.Bellini, Q.Donisetti, C.Verdi ("Riqoletto operasındakı" Cilda partiyası ilə məşhurlaşmışdır), C.Puççini və U.Cordanonun operalarında çıxış etmişdir. Puççinin "Madam Batterflyay" operası onun iştirakı ilə saxlanılmış az sayda audioyazılarındadır (1939,B.Cili ilə duet, tamaşa bütövlükdə yazıya alınmışdır,dirijor T.Serafin).